www.ecy-az.org | Press Relizlər > Gənclər üçün Təhsil Mərkəzi 2009-cu ilin yekunlarına həsr olunmuş konfrans keçirəcək

Gənclər üçün Təhsil Mərkəzi 2009-cu ilin yekunlarına həsr olunmuş konfrans keçirəcək


29 yanvar 2010
Gənclər üçün Təhsil Mərkəzi 2009-cu ildə gördüyü işlər haqqında ictimaiyyəti, eləcə də öz üzvlərini məlumatlandırmaq məqsədilə növbəti həftə yekun konfrans keçirəcək.
Konfransda Mərkəzin ötən il ərzində həyata keçirdiyi layihə və proqramlar, tədbirlər, beynəlxalq əməkdaşlıq və s. haqqında məlumatlar veriləcək.
Konfrans zamanı Mərkəzin maliyyə hesabatı dinləniləcək və cari il üçün planlar elan ediləcək.