Bizi sosial şəbəkələrdə izləyin:
 





 

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Rasim Ağayev Afrika ölkəsi olan Qambiyaya səfərə gedir.
Qambiya Gənclər Şurasının dəvəti ilə həyata keçirilən səfərin əsas məqsədi Qambiya Gənclər Festivalı və Konfransında iştirak etməkdir.
2 ildə bir dəfə təşkil olunan bu tədbirin əsas mqəsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir yerə toplamaqla onlar arasında təcrübə mübadiləsi təşkil etməkdir. Tədbir həm də milli səviyyədə gənclərin inkişafı üçün aparılan siyasətin, proqramların və digər fəaliyyətlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi üçün təşkil olunan platformadır.


 

2002-ci ildən başlayaraq Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi” növbəti il üçün iştirakçıların qəbulunu elan edir.
Keçmiş SSRİ respublikaları arasında ilk dəfə olaraq Azərbaycanda yaranan bu Məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.
Bu günədək 900 nəfərə yaxın məzunu olmuş Məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəetməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.
Nəzəri və praktiki hissələrdən ibarət olan təlim proqramı 3 və ya 4 ay davam edir.
Təcrübəli ekspertlər tərəfindən keçirilən təlimlərlə yanaşı, Məktəb tərəfindən müraciət edən şəxslər üçün məsləhət saatları, kitabxana və s. xidmətlər də göstərilir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzində World Vision Beynəlxalq Humanitar Təşkilatının nümayəndələri səfərdə olmuşdur.
Səfər çərçivəsində Mərkəz tərəfindən icra olunan “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq olmuş, eyni zamanda Mərkəz tərəfindən təlimatlandırılan QHT Koalisiyasının növbəti hədəfləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Səfərdə iştirak edən Beynəlxalq Təşkilatın Orta Şərq və Avropa üzrə proqramlar meneceri Daryl Crovden, Təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri George Devidze və proqram meneceri Vüqar Əhmədov Mərkəz tərəfindən görülən işləri yüksək qiymətləndirərək, əməkdaşlıqdan məmnunluqlarını ifadə etmişdirlər.
Mərkəzin icraçı direktoru Rasim Ağayev bildirmişdir ki, yaxın günlərdə ölkənin 7 ucqar regionunda birbaşa olaraq əlilliyi olan uşaqların özləri və valideynləri ilə xüsusi təlim proqramlarına başlanacaq.


 

Gənclər üçün Təhsil Mərkəzi 1 dekabr - Ümumdünya AİDS-lə Mübarizə Günü ilə əlaqədar bir sıra regionlarda maarifləndirici aksiyaların keçirilməsinə başlamışdır.
Lənkəran, Balakən, Quba, Xaçmaz və Şamaxı rayonlarında bu gündən başlayan silsilə tədbirlərin əsas məqsədi gənclərin AİDS təhlükəsi və onunla mübarizə yolları haqqında məlumatlanmasına, eyni zamanda onların belə mübarizə tədbirlərində fəal olmasına kömək etməkdir.
Təşkil olunan tədbirlərdə həkimlər, o cümlədən Mərkəz nümayəndələri tərəfindən gənclərə AİDS epidemiyası haqqında dolğun informasiyaların verilməsi, zəruri nəşrlərin paylanması nəzərdə tutulur.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi Gəncə şəhər İcra Hakimiyyətinin texniki dəstəyi ilə “Gəncəmizi yaşıllaşdıraq” aksiyasına start verdi.
Gənclərin ekoloji təşəbbüslərinin artırılmasına kömək edilməsini və mövcud yaşıllıqların qorunmasında onların rolunun artırılmasını nəzərdə tutan aksiyada 100-ə yaxın gənc iştirak etmişdir.
Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkında keçirilən yaşıllaşdırma aksiyasında gənclərlə yanaşı Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Nizami Hacıyev və digər dövlət qurumlarının rəhbərləri iştirak etmişdir.
Mərkəzin Gəncə Regional Ofisinin rəhbəri Natella Əhmədovanın verdiyi məlumata görə xeyli sayda ağacın əkildiyi ərazi bundan sonra Mərkəz üzvlərinin daimi nəzarətində olacaq.


 

bu gün Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan “Region gənclərinin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək” layihəsi çərçivəsində Mingəçevir Politexnik İnstitutunda praktik təlim təşkil olunmuşdur.
Tələbələrin iştirakı ilə İnstitutda keçirilən təlimin əsas məqsədi gənclərin müxtəlif ölkələrdə təşkil edilən beynəlxalq mübadilə, təhsil, təlim və tanışlıq proqramlarında iştirak yollarının öyrənilməsi olmuşdur.
2 ekspert tərəfindən keçirilən təlimdə gənclərə beynəlxalq əməkdaşlığın əhəmiyyəti, mövcud imkanlar, əlaqələrin qurulması yolları, Avropanın gənclərlə bağlı müxtəlif proqramları və onlarda iştirak qaydaları, gənclərin beynəlxalq layihə və proqramları, beynəlxalq gənclər təşkilatlarında iştirakçılıq və digər mövzularda praktiki məlumatlar verilmişdir.
Mərkəzin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimovun verdiyi məlumata görə son illər ölkəmizdə gənclər təşkilatlarının inkişafı, onların yeni təşəbbüskarlığı artıq həmin qurumların regional və beynəlxalq əlaqələrinin inkişafı zərurətini meydana gətirmişdir. Bu məqsədlə Azərbaycanda gənclərin və gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının artırılması üçün imkanların daha da gücləndirilməsi nəzərdə tutulur. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq reallaşdırılan bu layihə çərçivəsində gənclər üçün silsilə təlim proqramlarının, məsləhət saatlarının və ekspertlərlə görüşlərin keçirilməsi planlaşdırılır.


 

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisində Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” proqramının maliyyə dəstəyi ilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Qafqazı kəşf et” adlı beynəlxalq təlim kursunun iştirakçıları ilə görüş keçirilmişdir.
İlk öncə qonaqlara Mərkəzin fəaliyyəti, həyata keçirdiyi proqram və layihələr haqqında məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Daha sonra qonaqlar ofisin iş prinsipi ilə yaxından tanış olmuşdurlar. Sonda iştirakçı QHT-lərlə gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Qeyd edək ki, görüşdə Almaniya, Fransa, Gürcüstan, Ukrayna, Azərbaycan, Rumıniya, Moldova, İtaliya, Türkiyə, Rusiya, Avstriya, Portuqaliya və Latviyadan olan gənclər iştirak etmişdirlər.


 

Bu gün Ağcabədi rayonunda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan “Region gənclərinin İdeya Akademiyası” layihəsi çərçivəsində növbəti təlim proqramı başlamışdır.
Ağcabədi rayonunda təşkil edilən proqramda iştirak edən gənclər üçün ideyaların formalaşdırılması, layihə təkliflərinin hazırlanması və idarə olunması haqqında praktik məlumatlar verilmiş, zəruri materiallar paylanılmışdır.
Mərkəzin direktor müavini Rasim Ağayev tərəfindən keçirilən təlim proqramına rayonun gənc fəalları ilə yanaşı Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, yerli Gənclər və İdman İdarəsinin, o cümlədən bir sıra QHT-nin əməkdaşı da qatılmışdır.


 

Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən World Vision Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə yeni təlim proqramına start verir.
“Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər” layihəsi çərçivəsində yaradılan QHT Koalisiyası üçün təşkil edilən təlim proqramının əsas məqsədi bu sahədə fəaliyyət göstərən təşkilatların bilik və bacarıqlarının inkişaf etdirilməsidir.
Mərkəzin ekspertləri tərəfindən keçiriləcək təlimlərdə QHT-lərə effektiv idarəçilik, layihə təklfilərinin hazırlanması, lobbiçilik, ictimai maraqların müdafiəsi və s. mövzuları tədris olunacaq.


 

Bu gün Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan “Region gənclərinin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək” layihəsi çərçivəsində Mingəçevir şəhərində praktik təlim təşkil olunmuşdur.
Tələbə və gənc müəllimlərin iştirakı ilə Mingəçevir Turizm Kollecində keçirilən təlimin əsas məqsədi region gənclərinin müxtəlif ölkələrdə təşkil edilən beynəlxalq mübadilə, təhsil, təlim və tanışlıq proqramlarında iştirak yollarının öyrənilməsi olmuşdur.
Mərkəzin 2 eksperti tərəfindən təlimdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti, mövcud imkanlar, əlaqələrin qurulması yolları, Avropanın gənclərlə bağlı müxtəlif proqramları və onlarda iştirak qaydaları, gənclərin beynəlxalq layihə və proqramları, beynəlxalq gənclər təşkilatlarında iştirakçılıq və digər mövzularda praktiki məşğələlər keçirilmişdir.
Mərkəzin icraçı direktoru Rasim Ağayevin verdiyi məlumata görə son illər ölkəmizdə gənclər təşkilatlarının inkişafı, onların yeni təşəbbüskarlığı artıq həmin qurumların regional və beynəlxalq əlaqələrinin inkişafı zərurətini meydana gətirmişdir. Bu məqsədlə Azərbaycanda gənclərin və gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının artırılması üçün yeni imkanların yaradılması nəzərdə tutulur.




Bölmələr



Son xəbərlər

Saat

Təqvim
«    May 2013    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Keçidlər











Sorğu
GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 


Linklər
Bizə qoşul
Bizi izlə
Mövzulara E-mail ilə abunə ol